Azərbaycanın COP29-a ev sahibliyi etdiyi ərəfədə keçirilmiş birinci Bakı İqlim Fəaliyyəti Həftəsinin uğura imza atmasından sonra paytaxt Bakı şəhəri 2025-ci il sentyabrın 29-dan oktyabrın 3-nə kimi #BCAW2025-in ikinci toplantısına da ev sahibliyi edəcək. Ötən ilin təcrübəsi sayəsində formalaşmış güclü təməl üzərində qurulan bu təşəbbüs beynəlxalq əməkdaşlıq, eləcə də innovasiyalar, bilik mübadiləsi və praktiki iqlim həlləri üzrə mühüm platforma funksiyasını davam etdirəcək.
Bu dəfə də iqlim fəaliyyəti həftəsi modelinin ilk tədbiri London İqlim Fəaliyyəti Həftəsi ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan #BCAW2025 COP29-un yaratdığı müsbət dinamikanı davam etdirəcək. Sözügedən tədbirin ikinci dəfə keçirilməsi Bakı İqlim Fəaliyyəti Həftəsinin iqlim həlləri təqdim edən mütəxəssislər üçün regionda əsas toplantı platforması kimi təşəkkül tapmasını təmin edir. Dünyanın müxtəlif yerlərində təşkil olunan iqlim fəaliyyəti həftələri beynəlxalq iqlim diplomatiyasına yeni nəfəs verməklə yanaşı, iqlim fəaliyyətinin həm yerli, həm də regional müstəvidə həyata keçirilməsinə diqqəti yetirilməsini zəruri etmişdir. İqlim fəaliyyəti həftələri həm Asiya, Latın Amerikası və Afrika ölkələrində, həm də Yaxın Şərq və Şimali Afrika (MENA) regionlarında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Regional İqlim Həftələrini tamamlayır və UNFCCC-nin Tərəflər Konfransı (COP) ərəfəsində ambisiyaların artırılması, eləcə də iqlim fəaliyyətinin sürətləndirilməsi istiqamətində aparılan rəsmi diplomatik səylərə töhfə verir.
Proqram çərçivəsində aşağıdakı tədbirlərin keçirilməsi nəzərdə tutulur:
• E nerji, maliyyə, iqlim adaptasiyası, kiçik və orta biznes müəssisələri (KOB), eləcə də ədalətli keçid
mövzularında yüksək səviyyəli siyasi dialoqlar;
• Sənaye və innovasiya liderləri, habelə yaşıl texnologiya sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin iştirakı ilə sektor üzrə dəyirmi masalar;
• İqlim idarəçiliyi və fəaliyyətinə yeni baxış bucağı təklif edən gənclərin moderatorluğu ilə sessiyalar;
• Qlobal və regional iqlim, o cümlədən kiçik və orta biznes müəssisələri (KOB) və ekoloji baxımdan Dayanıqlı dəb sahəsində öhdəliklərin yerinə yetirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlıqlar;
• Azərbaycan inklüziv iqlim dialoqunun aparıcı təşkilatçısı qismində fəaliyyətini davam etdirir və
bunun fonunda, Bakı İqlim Fəaliyyəti Həftəsi-2025 çərçivəsində əsas diqqət iqlim tədbirlərinin
sürətləndirilməsinə, eləcə də hökumətlər, şirkətlər, elmi dairələr, peşəkarlar (professions or
professionals?) və icma nümayəndələri arasında iqlim üzrə həll yönümlü əməkdaşlığın inkişafına yönəldiləcək.
Proqram barədə daha ətraflı məlumat üçün bu linkə keçid edə bilərsiniz.
Gün 1
Bazar ertəsi, 29 sentyabr 2025
2030-cu il üçün təməlin
yaradılması
“Yaşıl” iqtisadiyyata keçid,
“yaşıl” bacarıqlar və KOB-lar
Gün 2
Çərşənbə axşamı, 30 sentyabr 2025
Təmiz enerjiyə keçid və
Ədalətli keçid
Gün 3
Çərşənbə, 1 oktyabr 2025
İqlim dayanıqlılığının sektorlar
üzrə gücləndirilməsi
Gün 4
Cümə axşamı, 2 oktyabr 2025
İncəsənət və mədəniyyət,
idman və gənclərin rəhbərliyi
ilə innovasiyalar
Gün 5
Cümə, 3 oktyabr 2025
İcma Təşəbbüslərİ Günü –
“GƏLƏCƏK NAMİNƏ
FƏALİYYƏT”
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2025), COP29, London və Rio
İqlim Fəaliyyəti Həftələri, həmçinin COP30 Sədrliyi tərəfindən
təşviq edilən qlobal Mutiraonun yaratdığı dinamika üzərində
qurulacaq. Bu təşəbbüs beynəlxalq əməkdaşlığı daha da
dərinləşdirəcək, yeni tərəfdaşlıqlar vasitəsilə regional və qlobal
miqyasda praktiki fəaliyyət və icranı sürətləndirəcək.
Tərəfdaş olun