
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) 2024 və 2025-in uğurlarına, eləcə də COP29-un irsinə əsaslanaraq, Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) 2026 7–11 sentyabr 2026-cı il tarixlərində Bakıda keçiriləcək UNFCCC İqlim Həftəsi 4 ilə paralel olaraq təşkil olunacaq. İqlim dialoqu, tərəfdaşlıqlar və praktik icra üçün aparıcı beynəlxalq platformalardan biri kimi BCAW 2026 Paris Sazişinin və milli iqlim öhdəliklərinin həyata keçirilməsini sürətləndirmək məqsədilə siyasətçiləri, biznes liderlərini, investorları, tədqiqatçıları, akademik dairələri, vətəndaş cəmiyyətini, gəncləri, şəhərləri, yerli və yerli icmaları, eləcə də beynəlxalq təşkilatları bir araya gətirəcək.
Beynəlxalq baxış bucağı və güclü regional əhəmiyyəti ilə BCAW 2026 Azərbaycanı, daha geniş regionu və dünyanın müxtəlif ölkələrini təmsil edən müxtəlif və inklüziv iştirakçıları bir araya gətirəcək. İştirakçılar arasında dövlət qurumlarının nümayəndələri, sənaye liderləri, yaşıl texnologiya innovatorları, maliyyə institutları, iqlim alimləri, akademik müəssisələr, özəl sektor nümayəndələri, qeyri-hökumət təşkilatları, icma qrupları, gənclər təşkilatları, şəhərsalma mütəxəssisləri, memarlar, infrastruktur ekspertləri, eləcə də incəsənət, mədəniyyət və idman sahələrinin nümayəndələri yer alacaq. Onlar bilik və təcrübə mübadiləsi aparacaq, tərəfdaşlıqları gücləndirəcək, investisiyaların cəlb edilməsinə töhfə verəcək və iqlimə davamlı, aşağı karbonlu inkişafı dəstəkləyən innovativ həllərin irəlilədilməsinə çalışacaqlar.
UNFCCC Regional İqlim Həftəsinin məqsədlərini dəstəkləyən BCAW 2026 hökumətlərlə qeyri-dövlət tərəfdaşları arasında dialoq üçün əməkdaşlıq platforması rolunu oynayacaq, eyni zamanda iqlim dəyişikliyinin təsirlərinin azaldılması (mitiqasiya), uyğunlaşma (adaptasiya) və dayanıqlılığı gücləndirən praktik həlləri, innovativ texnologiyaları və dayanıqlı maliyyə mexanizmlərini nümayiş etdirəcək. Proqram regional və beynəlxalq əməkdaşlığı təşviq edəcək, yeni tərəfdaşlıqların və investisiyaların formalaşmasına şərait yaradacaq, gənclərin, qadınların, akademik dairələrin, vətəndaş cəmiyyətinin və yerli icmaların iştirakını gücləndirəcək, yaşıl bacarıqların və iqlim təhsilinin inkişafını dəstəkləyəcək, həmçinin dairəvi iqtisadiyyat və Sıfır Tullantı yanaşmalarını ədalətli keçid və dayanıqlı inkişafın əsas hərəkətverici qüvvələri kimi təşviq edəcək.
Proqram çərçivəsində aşağıdakı tədbirlərin keçirilməsi nəzərdə tutulur:
• E nerji, maliyyə, iqlim adaptasiyası, kiçik və orta biznes müəssisələri (KOB), eləcə də ədalətli keçid mövzularında yüksək səviyyəli siyasi dialoqlar;
• Sənaye və innovasiya liderləri, habelə yaşıl texnologiya sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin iştirakı ilə sektor üzrə dəyirmi masalar;
• İqlim idarəçiliyi və fəaliyyətinə yeni baxış bucağı təklif edən gənclərin moderatorluğu ilə sessiyalar;
• Qlobal və regional iqlim, o cümlədən kiçik və orta biznes müəssisələri (KOB) və ekoloji baxımdan Dayanıqlı dəb sahəsində öhdəliklərin yerinə yetirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlıqlar;
• Azərbaycan inklüziv iqlim dialoqunun aparıcı təşkilatçısı qismində fəaliyyətini davam etdirir və bunun fonunda, Bakı İqlim Fəaliyyəti Həftəsi-2025 çərçivəsində əsas diqqət iqlim tədbirlərinin sürətləndirilməsinə, eləcə də hökumətlər, şirkətlər, elmi dairələr, peşəkarlar (professions or
professionals?) və icma nümayəndələri arasında iqlim üzrə həll yönümlü əməkdaşlığın inkişafına yönəldiləcək. Proqram barədə daha ətraflı məlumat üçün bu linkə keçid edə bilərsiniz.
Gün 1
Bazar ertəsi, 29 sentyabr 2025
2030-cu il üçün təməlin
yaradılması
“Yaşıl” iqtisadiyyata keçid,
“yaşıl” bacarıqlar və KOB-lar
Gün 2
Çərşənbə axşamı, 30 sentyabr 2025
Təmiz enerjiyə keçid və
Ədalətli keçid
Gün 3
Çərşənbə, 1 oktyabr 2025
İqlim dayanıqlılığının sektorlar
üzrə gücləndirilməsi
Gün 4
Cümə axşamı, 2 oktyabr 2025
İncəsənət və mədəniyyət,
idman və gənclərin rəhbərliyi
ilə innovasiyalar
Gün 5
Cümə, 3 oktyabr 2025
İcma Təşəbbüslərİ Günü –
“GƏLƏCƏK NAMİNƏ
FƏALİYYƏT”
Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2025), COP29, London və Rio İqlim Fəaliyyəti Həftələri, həmçinin COP30 Sədrliyi tərəfindən təşviq edilən qlobal Mutiraonun yaratdığı dinamika üzərində qurulacaq. Bu təşəbbüs beynəlxalq əməkdaşlığı daha da dərinləşdirəcək, yeni tərəfdaşlıqlar vasitəsilə regional və qlobal miqyasda praktiki fəaliyyət və icranı sürətləndirəcək.
Tərəfdaş olun
