Baku

Giriş

ÜMUMİ MƏLUMAT

Məlum olduğu  kimi, 2024-cü il sentyabrın 30-dan oktyabrın 4-nə kimi ilk Bakı İqlim Fəaliyyəti Həftəsi keçiriləcək. Beynəlxalq ictimaiyyətin 2024-cü ilin noyabrında paytaxt Bakı şəhərində təşkil olunacaq UNFCCC-nin Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlaşdığı bir ərəfədə, bu tədbir iqlim gündəliyinin mühüm mərhələsini təşkil edir.

BMT Baş Assambleyası (10-24 sentyabr) və Nyu-York İqlim Həftəsindən (22-29 sentyabr) dərhal sonra keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi (30 sentyabr-4 oktyabr) COP sədrliklərinin Üçlüyü tərəfindən elan olunmuş “1,5°C missiyasının yol xəritəsi” üzrə dinamikanı davam etdirəcək və COP29 Sədrliyinin 14 bənddən ibarət Fəaliyyət gündəliyinə dəstək göstərəcəkdir.

Beynəlxalq perspektiv və yerli fəaliyyət fonunda, Bakı İqlim Fəaliyyəti Həftəsi siyasət, özəl sektor, maliyyə, eləcə də ticarət və investisiya, elm və təhsil, şəhər və regionlar, incəsənət və mədəniyyət, vətəndaş cəmiyyəti və media sektorunu təmsil edən əsas maraqlı tərəfləri bir araya gətirəcək. Sözügedən tədbirin məqsədi həm Bonn İqlim Konfransından, həm də London və Nyu-York iqlim fəaliyyəti həftələrindən sonra növbəti addım olaraq COP29-un da uğura imza atması üçün münbit

ƏHATƏ DAİRƏSİ VƏ MƏQSƏD

“Qoşul | Yenilik et | Sürətləndir” şüarını rəhbər tutan Bakı İqlim Fəaliyyəti Həftəsi iqlim problemi ilə bağlı qətiyyətli yanaşma nümayiş etdirir. COP29 ərəfəsinə təsadüf edən mühüm bir mərhələdə, qlobal perspektivi yerli fəaliyyət səyləri ilə birləşdirən Bakı İqlim Fəaliyyəti Həftəsi ictimai fikir formalaşdıran beynəlxalq liderləri Bakıda bir araya gətirərək yerli maraqlı tərəfləri əməkdaşlığa və fəal iştiraka təşviq edir.

Bakı İqlim Fəaliyyəti Həftəsi-2024 bütövlükdə Azərbaycan cəmiyyətinin iqlim fəaliyyətinə səfərbər olunması istiqamətində atılan ilk mühüm addım olacaq. Sözügedən təşəbbüs çoxtərəfli iştirak və genişmiqyaslı əməkdaşlıq sayəsində hər kəsi bu prosesə cəlb etməyin və innovasiyanı ölkəmiz üçün ədalətli və “yaşıl” keçidin aparıcı platformasına çevirməyin əhəmiyyətini ön plana çəkir.

COP29 ərəfəsində Bakı İqlim Fəaliyyəti Həftəsi Azərbaycan Respublikasının milli “yaşıl” transformasiya, regional liderlik və qlobal nüfuz baxımından ciddi və inamlı iştirakçı əzmkarlığını nümayiş etdirəcək. Həmçinin, yerli və regional reallıqlara əsaslanan müsbət “yaşıl” keçid təcrübəsinin formalaşmasında dönüş nöqtəsi olmaqla yanaşı, Bakı İqlim Fəaliyyəti Həftəsi ədalətli keçid və iqlim fəaliyyətinə sadiq olan həmfikir tərəfdaşlarla yeni əməkdaşlıq əlaqələrini, o cümlədən investisiya layihələri və tərəfdaşlıqları təşviq edərək Azərbaycanda “yaşıl” keçid prosesinə dəstək göstərəcəkdir.

PROQRAM

Həftə ərzində yerli, milli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində əsas mövzular təqdim olunacaq. Tədbirin birinci yarısında (30 sentyabr – 2 oktyabr) dövlət qurumları, ali təhsil müəssisələri və özəl sektor nümayəndələrini ehtiva edən iqlim həlləri nümayiş etdiriləcək. 3-4 oktyabr tarixində isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələr ön planda olacaq və Bakının zəngin mədəni irsindən istifadə etməklə, qədim şəhərə malik olan və keçid dövrünü yaşayan bir ölkənin hekayəsi təqdim ediləcəkdir.

Proqram çərçivəsində iştirakçılar üçün immersiv təcrübə yaratmaq məqsədilə müxtəlif gəzinti, müzakirə və sərgi təşəbbüsləri həyata keçiriləcək. Həmçinin, Bakı İqlim Fəaliyyəti Həftəsi bütün hökumət rəsmiləri və cəmiyyət nümayəndələrinin tədricən səfərbər olunmaları istiqamətində çoxillik milli iqlim danışıqlarına start verəcəkdir. Həftə çərçivəsində paytaxtın müxtəlif məkanlarında ictimaiyyət üçün açıq və qapalı tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda, proqrama Bakının səhralıq ərazidən yaşıl məkana çevrilməsini əyanı şəkildə nümayiş etdirən Mərkəzi Nəbatat Bağına ziyarət, eləcə də şəhərin tarixi, memarlığı, təbiəti və unikal geologiyası ilə tanışlıq üçün piyada gəzinti turları və ekskursiyalar daxildir.

AUDİTORİYA

Bakı İqlim Fəaliyyəti Həftəsində həm Azərbaycandan, həm də region ölkələri və dünyanın ayrı-ayrı guşələrindən siyasət, özəl sektor, maliyyə, elm və texnologiya, universitetlər, vətəndaş cəmiyyəti, şəhər və regionlar, incəsənət və mədəniyyət, tikinti, infrastruktur və idman kimi müxtəlif sektorları təmsil edən nümayəndələrin iştirakçı gözlənilir. Təşkilatçılar tədbir zamanı gender balansının, eləcə də gənclərin fəal iştirakının təmin olunmasına xüsusi önəm verirlər.