Baku

İŞTİRAK

BAKI İQLİM FƏALİYYƏTİ HƏFTƏSİNDƏ NECƏ İŞTİRAK ETMƏK OLAR?

29 sentyabr (Bazar ertəsi) – 3 oktyabr (Cümə günü) 2025-ci il tarixində keçiriləcək Bakı İqlim Fəaliyyəti Həftəsinin iştirakçısı olmaq istəyiniz üçün təşəkkür edirik.

Bu il Bakı İqlim Fəaliyyəti Həftəsi sentyabrın 29-dan oktyabrın 1-nə kimi davam edəcək üçgünlük beynəlxalq konfransla işə başlayır. Konfransdan sonra şəhərin ayrı-ayrı yerlərində bir sıra tədbirlərin təşkil edilməsi nəzərdə tutulub. Sözügedən tədbirlərdən bir qismi özəl sektor və maliyyə məsələlərinə, digərləri isə siyasi dialoq, elmi əməkdaşlıq, gənclərin iştirakı və ya ictimai fəaliyyətlərə həsr ediləcək.

Tədbirlərdə iştirak şərtləri onun formatından asılı olaraq dəyişir, belə ki, bəzi tədbirlər öncədən qeydiyyat və ya xüsusi dəvət əsasında, yaxud qapalı keçiriləcək, digər tədbirlər isə ictimaiyyət üçün açıq və ya biletlə giriş əsasında təşkil olunacaq.

Sizi maraqlandıra biləcək tədbirləri seçmək üçün ilkin proqramla tanış ola bilərsiniz. Əsas tədbirlərin siyahısı 2025-ci ilin avqustundan etibarən veb-saytın əsas menyusundakı yeni “PROQRAM” bölməsində yerləşdiriləcək. Sizi daha çox maraqlandıran tədbirləri seçməyiniz üçün tarixlər və mövzular üzrə filtrləmə imkanı da təmin olunacaq.

Yeni tədbir və elanlar xüsusunda məlumatlı olmaq üçün bu veb-saytı mütəmadi şəkildə izləyə və ya e-poçt bildirişlərinə abunə ola bilərsiniz.

Zəhmət olmasa İştirakçı / Spiker / Tərəfdaş qismində iştirak etmək üçün aşağıdakı formanı doldurun:

Əlavə sualınız olarsa, bizimlə əlaqə saxlamağınız xahiş olunur: info@bakuclimateactionweek.org