Baku

Təşkilatçı

Nigar

Ötən il həm COP29-un, həm də birinci Bakı İqlim Fəaliyyəti Həftəsinin uğurla başa çatmasından sonra Azərbaycan bu il Xəzər dənizi sahilində iqlim dəyişmələri üzrə liderlərin beynəlxalq miqyaslı toplantısına bir daha ev sahibliyi edəcək.

Belə ki, Bakı İqlim Fəaliyyəti Həftəsi-2025 çərçivəsində əldə olunan mühüm dinamikanı davam etdirmək üçün biz sentyabrın 29-dan oktyabrın 3-nə kimi şirkət və sənaye liderlərini, eləcə də beynəlxalq qurumlar, elmi dairələr və vətəndaş cəmiyyətinin nümayəndələrini, habelə mütəxəssis və gənclərlə yanaşı, digər iştirakçıları Bakıda qəbul edəcəyik.

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri müasir və zərif üsluba malik memarlığı, yaşıl parkları, dənizkənarı bulvarı və BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) Ümumdünya İrsi Siyahısına daxil edilmiş tarixi abidələri ilə məşhurdur. Bu il keçiriləcək Bakı İqlim Fəaliyyəti Həftəsi-2025 sayəsində isə şəhərimiz öz mövqeyini iqlim həlləri təqdim edən peşəkarların regionda əsas toplantı məkanı kimi də möhkəmləndirəcəkdir.

Həmçinin, biz birlikdə Braziliyanın COP30 Sədrliyinin “Global Mutirão” təşəbbüsünə, eləcə də Bakıda COP29 zamanı əldə olunmuş dinamik fəaliyyətin 2025-ci ilin noyabrında Braziliyanın Belem şəhərində keçiriləcək COP30 tədbirində də təşəkkül tapmasına kollektiv töhfə verəcəyik.

Sizi də bu qlobal səylərə qoşulmağa və bizimlə birgə addımlamağa çağırırıq!

Nigar Arpadarai
COP29-da BMT-nin iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu

Bakı İqlim Fəaliyyəti Həftəsi COP29-un yüksək səviyyəli çempionu Nigar Arpadarainin himayəsi altında və bir sıra milli, regional və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində keçirilir. Bu əməkdaşlığın məqsədi həftə ərazində planlaşdırılan fəaliyyətlərin təşkilini təmin etməkdir.

London İqlim Fəaliyyəti Həftəsi ilə tərəfdaşlıq çərçivəsində hazırlanan tədbir proqramının kuratoru proqram direktoru Malini Mehradır. Həftənin təşkilinə “Caspian Event Organisers” şirkəti, COP29-un yüksək səviyyəli çempionlar komandası, yerli mütəxəssislər və tərəfdaş təşkilatlar, o cümlədən Bakı Dövlət Universiteti və ADA Universiteti tərəfindən dəstək verilir.

Biz göstərilən səylər və dəstək üçün hamıya öz minnətdarlığımızı bildiririk!

Əlaqə: info@bakuclimateactionweek.org